Ölkəmizin maliyyə dünyasında baş verənlərin qısa xülasəsini sizlərə təqdim edirik.
Həftəyə nəzər salaq.
Ölkəmizin maliyyə dünyasında baş verənlərin qısa xülasəsini sizlərə təqdim edirik.
Həftəyə nəzər salaq.
Faşizm üzərində Qələbə günü şərəfinə NIKOIL | Bank -nkollektivi bir sıra xeyriyyə və sosial tədbirləri həyata keçirmişdir. Bankın maliyyə dəstəyi ilə Bakı şəhərində yerləşən Rus Mədəniyyət Mərkəzində "Dinamiks" vokal ansamblının "Oxu əsgər, öz əsgər yolun haqqında" adlıqastrol konsertinə start verildi. Konsert aprelin 27-dən mayın 15-dək davam edəcək və Bakı şəhəridaxil olmaqla Azərbaycanın bir sıra şəhər və regionlarında keçiriləcəkdir.
Azərbaycan Mərkəzi Bankı (AMB) dolların mayın 10-na rəsmi məzənnəsini 1,5094 AZN/USD səviyyəsində təsdiq edib.
Qeyd edək ki, mayın 6-da ABŞ dollarının rəsmi məzənnəsi 1,5100 AZN/USD səviyyəsində olub.
Daha əvvəl Azərbaycan Mərkəzi Bankının (AMB) nəzdində fəaliyyət göstərmiş Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti Maliyyə Bazarlarına Nəzarət Palatasının tabeliyinə keçib. Bunu Trend-ə AMB-dən deyiblər.
Kredit Reyestri bu həftə Palatanın nəzarətinə keçib. Reyestrə Elçin Həbibov başçılıq edir.
Azərbaycanda fəaliyyət göstərən lombardlar Maliyyə Bazarlarına Nəzarət Palatasının nəzarətinə alınacaqdır. İndiyədək isə lombardlar nəzarətsiz fəaliyyət göstərirlər.
Bank bahalı əqdləri səhmdarların səs çoxluğu ilə bağlaya biləcək
"Banklar haqqında" qanuna əlavə və dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunaraq təsdiqlənib.
Bakı, 6 may,2016 il. Mayın 6-sı Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bank Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə qarşılıqlı əməkdaşlığa dair birgə anlaşma memorandumu imzalayıb. Əldə olunan razılığa əsasən PAŞA Bank, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin bank xidmətləri üzrə tərəfdaşı kimi çıxış edəcək. Memorandumda tərəfdaşlıq münasibətlərinin qurulması və müxtəlif birgə kampaniyaların keçirilməsi qarşıya məqsəd qoyulub.
Bu gün "Unibank" ASC Azərbaycanın ən cəlbedici iş təminatçıları sırasına daxildir.
Ziraat Bank Azərbaycanın İdarə Heyətinin sədri Avni Demirci ATİB İdarə Heyətinə üzv seçilib.
Bildirilir ki, onlar üzvlükdən çıxmaq barədə müraciət etmiş ATİB İdarə Heyətinin üzvləri Rəşad Rəsulu və Ali Gümüşü əvəz edəcəklər.
İşdən qovulan bir şəxs heç də bacarıqsızlığından dolayı işdən qovulmur. Bəzən qovulmaq bəlkə də yeni işlərə və daha uğurlu inkişafa stimul verir.
Sizə işdən qovulandan sonra uğur qazanmış 8 məşhur adı təqdim edirik: