Banco.az | Tezliklə

İqtisadiyyatın canlandırılması üçün hansı tədbirlər görülür?

Neftin dünya bazarında ucuzlaşması ilk növbədə iqtisadiyyatı neftdən asılı olan ölkələrə təsir elədi. Azərbaycan da  bu mənfi təsirdən yayına bilmədi. 2015-ci ildə iki dəfə manatın devalivasiyası bunun ən bariz nümunəsi idi. İxracdan gələn gəlirlərin azalması növbəti ilin büdcə planlaşdırılmasında ixtisarlara səbəb oldu. Bu da dəfələrlə qeyd olunan qeyri-neft  sektorunun inkişaf etdirilməsi mövzusunu daha da aktuallaşdırdı.

Azərbaycanca

Əmanət göstəricilərinin region ölkələri ilə müqayisəsi

Baş vermiş son iqtisadi proseslər ölkə əhalisində qayğı və narahatlıq hissini artırsa da, banklara inamı azaltsa da, insanlar yenə də banklara müraciət edir və bank xidmətlərindən yararlanmağa çalışırlar. Bunlar isə olması vacib olan proseslərdir.

Azərbaycanca

Rabitəbank ASC Visa Gold kart sahiblərini sevindirəcək!

Azərbaycanca

Rabitəbank ASC -nin  Visa Gold plastik kart istifadəçiləri 30 aprel – 31 iyul   2016-cı il  tarixinədək keçirilən “Arzularınızın səyahətini qazanın”  adlı stimullaşdırıcı lotereyada dəyərli hədiyyələr qazanmaq imkanı əldə edəcəklər!

Bu günə olan rəsmi məzənnə (27.05.2016)

Azərbaycan Mərkəzi Bankı 27 may tarixinə valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan verilən məlumata görə, mayın 27-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,4906 manat təşkil edir.

Azərbaycanca

Biznesinizi Parabankla artırın

Azərbaycanca

Parabank ASC  hər zaman olduğu kimi öz müştərilərini elecə də yeni biznes qurmaq istəyən və ya mövcud biznesini inkişaf etdirmək istəyən hər kəsi sevindirməkdə davam edir. Belə ki, Parabank  kiçik və orta sahibkarları habelə yeni biznes qurmaq istəyən hər kəsi sərfəli faiz dərəcəsi ilə bankın filial və şöbələrinə dəvət edir və etibarlı kreditləşmə imkanı yaradır.

PAŞA Sığorta “Ən yaxşı qonşu” kampaniyasını müştərilərə təqdim edir

PAŞA Sığorta şirkəti 10 illik yubileyi ilə əlaqədar “Ən yaxşı qonşu” adlı yeni əmlak sığortası kampaniyasını müştərilərə təqdim edir.

Azərbaycanca

Mayın 27-nə manatın məzənnəsi

Mayın 27-nə manatın məzənnəsi açıqlanıb.

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 27.05.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,4906 səviyyəsində müəyyən olunub.

Azərbaycanca

Bankların 2015-ci il üzrə kapital adekvatlığı əmsalı

Bildiyimiz kimi, Mərkəzi Bankın kommersiya banklarına qoyduğu tələbə əsasən kapital adekvatlığı əmsalı 12%-dən az olmamalıdır. Banco.az-ın araşdırmalarına görə 2015-ci il üzrə bankların kapital adekvatlığı əmsalları toplanmış və  cədvəl şəklinə gətirilmişdir. Aşağıdakı cədvəldən bu haqda məlumatla tanış ola bilərsiniz :

Azərbaycanca

Üç gün iş olmayacaq

May ayının 30-da qeyri iş günü olacaq. Nazirlər Kabinetindən verilib. 28 May - Respublika Günü ilə əlaqədar qeyri-iş günü məlum olub. Nazirlər Kabinetindən  verilən məlumata görə, bu il 28 may şənbə gününə düşür. 28 may şənbə gününə təsadüf etdiyi üçün iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 30 may qeyri-iş günü olacaq.

Azərbaycanca

Azərbaycan bank sistemində likvidliyin artırılması ilə bağlı xüsusi təkliflər hazırlanıb

Azərbaycan Banklar Assosiasiyası (ABA) ölkənin bank sistemində likvidlik səviyyəsinin artırılması ilə bağlı hökumətə xüsusi təkliflər zərfini təqdim edib. "Report"un verdiyi xəbərə görə, bu barədə Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev məlumat verib. 

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »