Banco.az | Tezliklə

Bu bank dolları limitsiz satır

NBCBank ASC limitsiz həcmdə xarici valyutanın alış və satışını həyata keçirir.

“NBCBank” ASC Baş ofis daxil olmaqla digər bütün filiallarında xarici valyutanın alış və satışını limitsiz həcmdə həyata keçirir. Fiziki və hüquqi şəxslər istənilən məbləğdə xarici valyutanı əldə edə və yaxud sata bilərlər.

Azərbaycanca

Ekspertlər: Qlobal neft ehtiyatları 1 mlrd. barel azalmalıdır

Qlobal neft bazarında tarazlığın bərpa edilməsi üçün dünya neft ehtiyatları 1 mlrd. barel azalmalıdır. "Forexpf.ru" saytına istinadən verilən xəbərə görə, bunu mərkəzi Şarja şəhərində (BƏƏ) yerləşən "Dana Gas PJSJ" şirkətinin baş icraçı direktoru Patrik Olman-Uord (Patrick Allman-Ward) Davos Ümumdünya İqtisadi Forumunda "Bloomberg" televiziyasına verdiyi müsahibədə bildirib.

Azərbaycanca

Hərracın nəticəsi açıqlanıb - Dollar bahalaşdı

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib.

Banco.az AMB-ə istinadən xəbər verir ki, hərracda 1 ABŞ dolları üçün 1,8285 məzənnəsi formalaşıb.

Azərbaycanca

Mərkəzi Bankda struktur dəyişiklikləri aparılıb

Azərbaycan Mərkəzi Bankının (AMB) strukturunda dəyişiklik baş verib. AMB-nin Makroiqtisadi tədqiqatlar Departamenti ləğv edilərək onun bazasında İqtisadi təhlil Departamenti yaradılıb.

Həmçinin, İqtisadi inkişafın tədqiqatları Departamenti ləğv edilərək yerində Tədqiqatlar Departamenti yaradılıb.

Azərbaycanca

Bu gün 6 bank dolları limitsiz satır – SİYAHI + MƏBLƏĞLƏR

Bu gün dolları limitsiz 5 bank satır.

Yüksək limitlə dollar satan banklar bunlardır: “Azər-Türk Bank”, “Kapital Bank”, “Unibank”, “Rabitəbank” və “Bank VTB”.

Azərbaycanca

Ötən il Azərbaycan iqtisadiyyatı 3,8% azalıb

2016-cı ildə ölkə rezidentləri tərəfindən 59 mlrd. 987,7 mln. manatlıq və ya 2015-ci ildəkindən 3,8% az ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, azalmanın əsas səbəbi tikinti sektorunda əlavə dəyərin 2015-ci ilə nisbətən 27,6% azalması olub.

Azərbaycanca

Prezident: “Azərbaycan inkişafın yeni mərhələsinə qədəm qoyub”

Azərbaycan prezidenti İlham Əliyev İsveçrəyə işgüzar səfəri çərçivəsində Davosda CISCO şirkətinin icraçı sədri Con Çambers ilə görüşüb.

CISCO şirkətinin icraçı sədri Con Çambers ölkəmizin xarici şirkətlər üçün etibarlı tərəfdaşa çevrildiyini deyərək Azərbaycan ilə əməkdaşlıq etməyin son dərəcə əlverişli və faydalı olduğunu bildirib.

Azərbaycanca

Azərbaycanda birjadankənar əqdlərə maraq artıb

Milli Depozit Mərkəzində (MDM) 2016-cı ildə 3 383 əqd qeydə alınıb. MDM-ə istinadən xəbər verilir ki, bu, 2015-ci illə müqayisədə 1 445 ədəd və yaxud 30% azdır.

Azərbaycanca

"Ölkəmizin inkişafını yalnız neftə, qaza bağlamaq düzgün olmaz"

"Əsrlər boyu biz neftimizlə tanınmışıq və ən çətin vaxtlarda, o cümlədən müstəqilliyimizin 25 ili ərzində neft bizim dayağımız olub". Bunu SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə "Respublika" qəzetinə müsahibəsində bildirib.

Azərbaycanca

SOCAR ötən il üzrə qaz hasilatının həcmini açıqlayıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2016-cı il ərzində 6 266,1 mln. kubmetr həcmində qaz hasil edib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, bu göstərici 2015-ci illə müqayisədə 8,8% azdır.

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »