Zelenski: Ukrayna ABŞ-ın hərbi yardımını borc kimi tanımayacaq | Banco.az

Zelenski: Ukrayna ABŞ-ın hərbi yardımını borc kimi tanımayacaq

 "Ukrayna Vaşinqtondan hərbi yardımı borc kimi tanımayacaq"

Banco.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski brifinqdə deyib.

"Ukrayna ABŞ-dan mineral ehtiyatlar üzrə yeni saziş layihəsini alıb. Bu, əvvəlki çərçivə sazişindən tamamilə fərqli bir sənəddir. Ukrayna ABŞ-ın hərbi yardımını borc kimi tanımayacaq. Biz dəstəyə görə minnətdarıq, lakin bu, kredit deyil və biz buna imkan verməyəcəyik”,- deyə o əlavə edib.

Məlumata görə, Ukrayna və ABŞ arasında mineral ehtiyatlara dair yeni saziş layihəsi Kiyevdən göstərilən bütün yardımları kompensasiya etməyi tələb edir, onun məbləği 120 milyard dolları keçə bilər.

Qərb mətbuatı Vaşinqtonun təklif etdiyi yerin təki sazişinin yenidən işlənmiş layihəsi haqqında məlumat verib. Buna əsasən, ABŞ xüsusi fond vasitəsilə Ukraynanın neft və qaz ehtiyatlarının yarısına, bütün metallarına və dəmir yolları, limanlar, boru kəmərləri və emal zavodları da daxil olmaqla infrastrukturunun böyük hissəsinə nəzarəti ələ keçirəcək. Fondun üzvlərinin yarıdan çoxu veto hüququna malik olacaq və Vaşinqton tərəfindən təyin ediləcək. Bundan əlavə, Ukrayna hərbi yardım üçün kompensasiya olaraq Amerika tərəfinə ən azı 100 milyard dollar ödəyənə qədər ABŞ bütün qonorarları alacaq. Ukrayna yalnız borc ödənildikdən sonra qonorarın 50%-ni almağa başlayacaq.