Araşdırma: Gülnar Əhmədli, Banco.az
Daşınmaz əmlak bazarı iqtisadiyyatın çevik və dinamik sahələrindən biridir. Bu dinamiklik günü-gündən tikilən binaların sayının artmasına gətirib çıxarır. Yaşayış binalarının sayının daim artmasına baxmayaraq, istər təkrar mənzil bazarında, istərsə də ilkin mənzil bazarında qiymətlər artmaqdadır.
Banco.az Bakıda hazırda tikintisi davam edən yaşayış komplekslərindəki mənzillərin 1 kvadrat metrinin qiymətini araşdırıb.
Araşdırmamıza görə, hazırda tikintisi davam edən binalarda mənzillərin kvadrat metrinin başlanğıc qiyməti 1 200 manatdır.
Araşdırdığımız komplekslər bunlardır: EkoPark Xırdalan 2, City House Masazır, Xocəsən Residence, Parla Residence, REA Residence, Guneshli Park Residence, Çinarlı Park 2025, Era Residence, Primo Residence, Eleven Park, Faxri Tower, Nizami City, Dağdağan Park, Imperial Residence, White Garden, Digital Residence, Bahar Residence, 4YOU Baku, Raffle Edition, Avenue8, Ganjlik Garden.
Qeyd edək ki, binalardakı evlərin qiyməti onun sahəsinə, yerləşdiyi məkana, mənzərəsinə və bu kimi digər xüsusiyyətlərinə görə dəyişir. Qeyd edilən nömrələrlə əlaqə saxlayıb daha ətraflı məlumat əldə edə bilərsiniz:

Bizi sosial şəbəkələrdən izləyin!!
