Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 20 mlrd. manatı ötüb | Banco.az

Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 20 mlrd. manatı ötüb

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA vasitəsilə qeydə alınan dövriyyə 20 milyard 126 milyon manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,3 milyard manat, yaxud 12,7 faiz çoxdur.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

    Qeyd edilib ki, indiyədək ölkə ərazisində 108.631 ədəd belə NKA quraşdırılıb.