Yelo Bank-ın kredit portfeli 1 mlrd. manatı ötüb | Banco.az

Yelo Bank-ın kredit portfeli 1 mlrd. manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Yelo Bank-ın xalis mənfəəti 2025-ci ilin yanvar-sentyabr aylarında 24 milyon 824 min manat təşkil edib. 

Banco.az bankın maliyyə hesabatına istifadən xəbər verir ki, sentyabr ayının sonunda bankın cəmi aktivləri 1 milyard 444 milyon 428 min manat olub.

Bankın aktivləri 2024-cü ilin sonu ilə müqayisədə 164 milyon 791 min manat və ya 12,9% artıb.

Hesabat dövründə bankın kredit portfeli də böyüyüb. 2024-cü ilin sonu ilə müqayisədə Yelo Bank-ın ümumi kredit portfeli 118 milyon 848 min manat və ya 12,7% artaraq 1 milyard 53 milyon 937 min manat təşkil edib. 

Qeyd edək ki, 2025-ci ilin sentyabr ayının sonuna Bankın əmanət portfeli 1 milyard 39 mln. 520 min manat olub. Depozit porfelində isə bu ilin əvvəli ilə müqayisədə 110 milyon 746 min manat və ya 11,9% artım qeydə alınıb. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram