Yelo Bank-ın istehlak kreditləri 20%-dən çox artıb | Banco.az

Yelo Bank-ın istehlak kreditləri 20%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Yelo Bank-nın kredit portfeli 31 dekabr 2025-ci il tarixinə 1 milyard 89 milyon 71 min manat təşkil edib. 

Banco.az xəbər verir ki, bankın kredit portfeli 2024-cü ilin sonu ilə müqayisədə 153 milyon 981 min manat və ya 16,5% artıb.

Hesabat dövründə bankın istehlak kreditləri portfeli 317 milyon 394 min manat, biznes kreditləri portfeli 673 milyon 587 min manat, daşınmaz əmlak kreditləri portfeli isə 98 milyon 90 min manat təşkil edib. 

Bunlar 2024-cü ilin sonu ilə müqayisədə müvafiq olaraq 53 milyon 816 min manat və ya 20,4%, 86 milyon 344 min manat və ya 14,7%, 13 milyon 822 min manat və ya 16,4% artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram