Müəllif: Tamara Mustafayeva, Banco.az
Yaponiyanın ixracı mart ayında artım göstərib.
Banco.az xəbər verir ki, Yaponiyanın ixracı avtomobillərə və yarımkeçiricilərə artan tələbin təsiri ilə mart ayında ardıcıl dördüncü aydır ki, artıb.
Yaponiyadan başqa ölkələrə ixrac mart ayında illik 7,3 faiz artıb. Bu artım fevralda 7,8 faiz idi.
Ölkəyə idxal isə ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz azalıb. Fevral ayında Yaponiyanın idxalı 0,5 faiz artmışdı.
Bununla da, Yaponiyanın ticarət kəsiri 366,5 milyard yenə (2,37 milyard dollar) çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!