Yaponiyada işsizlik səviyyəsi son bir ilin ən yüksək səviyyəsinə çatıb | Banco.az

Yaponiyada işsizlik səviyyəsi son bir ilin ən yüksək səviyyəsinə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiya Statistika Bürosu avqust ayına dair işsizlik göstəricilərini açıqlayıb.

Banco.az xəbər verir ki, buna əsasən, Yaponiyada işsizlik səviyyəsi 2,6 faizlə avqust 2024-dən bəri ən yüksək həddə çatıb. “Bloomberg”in sorğusunda iştirak edən iqtisadçıların orta proqnozu isə işsizliyin 2,4 faizədək yüksələcəyi istiqamətində idi.

Yaponiyada işsizlik göstəricisi iyul ayında 2,3 faiz səviyyəsində idi.

Yaponiya Mərkəzi Bankının (BOJ) qısamüddətli perspektivdə faiz dərəcəsini artıracağına dair ehtimalların güclənməsi ilə əmək bazarında da zəifləmə müşahidə olunub.

İş və müraciət nisbəti 1,22-dən 1,20-yə enib. Bu isə hər 100 iş axtaran üçün əvvəllər 122 vakansiya olduğu halda, indi bunun 120-yə düşməsi deməkdir. Həmin göstərici 2022-ci ildən bəri ən aşağı səviyyəyə geriləyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram