Yaponiya və Ukrayna təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirəcək | Banco.az

Yaponiya və Ukrayna təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiya və Ukrayna təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirəcək.

Banco.az xəbər verir ki, Yaponiya ilə Ukrayna ilk növbədə təhlükəsizlik sahəsi olmaqla, ikitərəfli münasibətlərin gücləndirilməsi barədə razılığa gəlib.

Yaponiya Xarici İşlər Nazirliyinin açıqlamasına görə, xarici işlər naziri Motegi Toşimitsu rəsmi səfər çərçivəsində Tokioda olan Ukraynanın xarici işlər naziri Andrii Sıbiha ilə görüşüb.

Görüş zamanı Motegi bildirib ki, Ukraynada ədalətli və davamlı sülhün təmin edilməsi məqsədilə beynəlxalq ictimaiyyətlə koordinasiya şəraitində Ukraynaya dəstək göstərməyə və Rusiyaya qarşı sanksiyaları davam etdirməyə davam edəcəklər.

Ukrayna xalqının sülh uğrunda apardığı mübarizəyə hörmətlə yanaşdıqlarını vurğulayan Motegi mövcud vəziyyətin güc tətbiq etməklə birtərəfli qaydada dəyişdirilməsinə yönəlmiş cəhdlərin “qəbuledilməz” olduğunu bildirib.

Motegi həmçinin Rusiyanın hücumları nəticəsində zərər görən, UNESCOnun Dünya İrsi Siyahısına daxil edilmiş Kiyev-Peçersk Lavra Monastırının bərpasına UNESCO vasitəsilə dəstək verəcəklərini açıqlayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram