Müəllif:Mehin Qasımova,Banco.az
Yaponiyanın 2026-cı maliyyə ilində müdafiə xərcləri ölkənin ÜDM-nin təxminən 1,9%-ni təşkil edəcək.
Banco.az xəbər verir ki, bu barədə Yaponiyanın müdafiə naziri Sindziro Koizumi jurnalistlərə bildirib.
Onun sözlərinə görə, əlaqəli xərclər də daxil olmaqla ümumi müdafiə büdcəsi təxminən 10,6 trilyon yen (66,7 milyard dollar) təşkil edəcək.
16 dekabr 2022-ci ildə Yaponiya hökuməti yeni milli təhlükəsizlik strategiyasını təsdiqləyib. Xüsusilə, Yaponiyanın potensial düşmənin ərazisindəki hədəflərə qarşı əks-hücumlar etmək hüququnu nəzərdə tutur. Eyni zamanda, sənəddə qabaqlayıcı zərbələrin qadağan edildiyi vurğulanır.
