“Yapı Kredi Bank Azərbaycan” QSC-yə yeni İdarə Heyətinin sədri təyin olundu | Banco.az

“Yapı Kredi Bank Azərbaycan” QSC-yə yeni İdarə Heyətinin sədri təyin olundu

 Mete Şamil Öztürk “Yapı Kredi Bank Azərbaycan” QSC-də  İdarə Heyətinin Sədri, Baş Direktor vəzifəsinə təyin olunub.

Mete Şamil Öztürk bakalavr təhsilini Anadolu Universitetinin İqtisadiyyat və İnzibati Elmlər fakültəsində tamamlamışdır. Peşəkar karyerasına 1996-cı ildə “Dış Ticarət Bankası” A.Ş-də maliyyə analizi mütəxəssisi kimi başlayan Mete Şamil Öztürk maliyyə və bankçılıq sahəsində 25 ildən artıq təcrübəyə malikdir.

1998-2001-ci illərdə o, eyni bankda kommersiya marketinq müdiri kimi fəaliyyət göstərmiş, daha sonra “Koç Bank” A.Ş-də kommersiya portfeli müdiri (2001-2005) və Filial müdiri (2005-2006) vəzifələrində çalışmışdır. Mete bəy 2006-2016-cı illərdə “Yapı ve Kredi Bankası” A.Ş-nin müxtəlif filiallarına rəhbərlik etmiş, 2016-2022-ci illər ərzində isə Bankın Ege, Akdeniz, Beyoğlu və Haliç regionlarının Kommersiya Bankçılığı üzrə regional müdiri olmuşdur.

Mete Şamil Öztürk “Yapı Kredi Bank Azərbaycan” QSC-yə təyinatına qədər isə İstanbul Avropa Şimal Regionunun müdiri kimi “Yapı ve Kredi Bankası” A.Ş-də fəaliyyət göstərmişdir.