Müəllif: Tamara Mustafayeva, Banco.az
Uorren Baffet "Berkshire Hathaway"in sədrliyindən ayrılıb.
Banco.az xəbər verir ki, "Berkshire Hathaway" şirkətinin qurucusu Uorren Baffet şirkətin Direktorlar Şurasının sədri vəzifəsindən ayrılıb. Onu bu vəzifədə oğlu Hovard Baffet əvəz edəcək.
Şirkətdən verilən açıqlamada 96 yaşlı Baffetin fəxri sədr olacağı və yeni vəzifəsinə dərhal başlayacağı bildirilib. Hovard Baffet isə "Berkshire Hathaway"in yeni sədri olacaq. O, 1993-cü ildən şirkətin Direktorlar Şurasının üzvü kimi fəaliyyət göstərir.
Uorren Baffet isə Direktorlar Şurasının üzvü olaraq fəaliyyətini davam etdirəcək. Baffet 1970-ci ildən "Berkshire Hathaway"ə rəhbərlik edib.
Baffet ötən ilin sonlarında şirkətin baş icraçı direktoru (CEO) vəzifəsindən istefa verib. Onu bu vəzifədə Qreq Abel əvəz edib.
Bu ilin əvvəlində Baffetin yerinə şirkətin CEO-su təyin edilən Qreq Abel deyib: “Uorrenin "Berkshire" və səhmdarlarına təsiri Amerika biznes tarixində misli görünməmişdir. Uorrenin yaratdığı mədəniyyət və müdafiə etdiyi dəyərlər "Berkshire"ın mərkəzində qalmağa davam edəcək və Hovard onların qoruyucusu olacaq”.
Bizi sosial şəbəkələrdən izləyin!!
