Müəllif: Gülnar Əhmədli, Banco.az
Yapı Kredi Bank Azərbaycan-ın xalis mənfəəti cari ilin birinci yarısında 4 milyon 881 min manat təşkil edib.
Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, Yapı Kredi Bank Azərbaycan-ın mənfəəti illik müqayisədə 499 min manat və ya 11,4% artıb.
Hesabata görə, 30 iyun tarixinə bankın aktivlərinin həcmi illik müqayisədə 65 milyon 373 min manat və ya 12,4% artaraq 591 milyon 908 min manata bərabər olub.
Bankın kredit portfeli hesabat dövrü ərzində artım göstərib. Belə ki, 2024-cü ilin sonu ilə müqayisədə bankın kredit portfeli 66 milyon 896 min manat (21,1%) artıb və 384 milyon 484 min manat olub.
30 iyun tarixinə bankın depozit portfeli 392 milyon 989 min manat təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!