ABŞ-da istehlakçı inamı dörd ayın ən aşağı səviyyəsinə düşüb | Banco.az

ABŞ-da istehlakçı inamı dörd ayın ən aşağı səviyyəsinə düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da istehlakçı inamı dörd ayın ən aşağı səviyyəsinə düşüb.

Banco.az xəbər verir ki, Miçiqan Universiteti amerikalı istehlakçıların meyillərini ölçən istehlakçı inamı indeksinin sentyabr ayı üzrə yekun göstəricilərini açıqlayıb.

Buna görə istehlakçı inamı indeksi sentyabrda əvvəlki ayla müqayisədə 3,6 bənd azalaraq 48,1 olub.

İndeksin sentyabr ayı üzrə ilkin göstəricisi 47,8 olaraq açıqlanmışdı.

Sentyabrda son dörd ayın ən aşağı səviyyəsinə enən istehlakçı inamı indeksi avqustda 51,7 təşkil etmişdi.

Amerikalıların iqtisadi vəziyyətlə bağlı qiymətləndirmələrini ölçən cari iqtisadi vəziyyət indeksi sentyabrda 1 bənd azalaraq 50,9-a düşüb.

İstehlakçıların gələcəyə dair iqtisadi gözləntilərini əks etdirən istehlakçı gözləntiləri indeksi də həmin dövrdə 5,2 bənd azalaraq 46,3 səviyyəsinə enib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram