Yapı Kredi Bank Azərbaycan-ın kredit portfeli artıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Yapı Kredi Bank Azərbaycan-ın kredit portfeli artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Yapı Kredi Bank Azərbaycan-ın xalis mənfəəti cari ilin yanvar-sentyabr aylarında 7 milyon 712 min manat təşkil edib. 

Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, 30 sentyabr 2025-ci il tarixinə Yapı Kredi Bank Azərbaycan-ın aktivlərinin həcmi 657 milyon 96 min manata bərabər olub.

Bankın kredit portfeli hesabat dövrü ərzində artım göstərib. Belə ki, 2024-cü ilin sonu ilə müqayisədə bankın kredit portfeli 116 milyon 539 min manat (36,7%) artıb və 434 milyon 127 min manat olub.

30 sentyabr tarixinə bankın depozit portfeli 439 milyon 7 min manat təşkil edib. Depozitlərin 88 milyon 863 min manatı fiziki şəxslərin, 350 milyon 144 min manatı isə hüquqi şəxslərin depozitləri olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram