Azərbaycan Mərkəzi Bankının saytında dərc olunan məlumatda qeyd olunur ki, 2014-cü ilin 1 iyun tarixi üzrə Azərbaycanda bankların ümumi aktivləri 22 mlrd 140 mln. manat təşkil edir.
Daha öncə verilən məlumatda isə qeyd olunurdu ki, 2014-cü ilin 1 yanvar tarixi üzrə bankların ümumi aktivləri 20 mlrd 385,1 mln. manat təşkil edir. Bu isə o deməkdir ki, 2014-cü ilin yanvar-may ayları ərzində aktivlərin həcmində 8,6% artım qeydə alınıb.
Mərkəzi Bankdan verilən məlumata görə, 2014-cü ilin 1 iyun tarixi üzrə bankların kredit qoyuluşları 16 mlrd 125,5 mln. manata (2014-cü ilin yanvar-may ayları ərzində artım 7,6% təşkil edib), şəxsi kapitalı isə 3 mlrd 803,6 mln manata (artım - 11%) bərabər olub.
2014-cü ilin iyun ayı üzrə qeydə alınan göstəricilərə əsasən, bankların əhalidən qəbul etdiyi əmanətlərin həcmi 6 mlrd 643 mln manat (artım - 3,9%) təşkil edib.
Sevinc İbadova/Banco.az