Xarici ticarət dövriyyəsinin müsbət saldosu 2 dəfədən çox azalıb | Banco.az

Xarici ticarət dövriyyəsinin müsbət saldosu 2 dəfədən çox azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 44 milyard 589 milyon ABŞ dolları olub. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyard 480 milyon dollar və ya 3,4% çoxdur.   

Son 1 ildə Azərbaycanın ixracı 3,8% azalaraq 23 milyard 401 milyon ABŞ dollarına, idxalı isə 12,9% artaraq 21 milyard 188 milyon ABŞ dollarına yüksəlib.

Nəticədə xarici ticarətdə 2 milyard 212 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,5 dəfə az olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram