Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda yanvar-aprel aylarında xarici mənbələrdən əsas kapitala 1 020,3 milyon manat vəsait yönəldilib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 19,1% azdır.
Hesabat dövründə xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 970,3 milyon manatı (95,1 faizi) Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, ABŞ, Türkiyə, İsveçrə, Yaponiya, Rusiya, Norveç, İran, Hindistan və Fransa sərmayədarlarına məxsus olub.
Bizi sosial şəbəkələrdən izləyin!!