"Xalq Bank"ın xalis mənfəəti 12 mln. manata yaxınlaşıb | Banco.az

"Xalq Bank"ın xalis mənfəəti 12 mln. manata yaxınlaşıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ölkənin aparıcı banklarından biri olan "Xalq Bank" 2025-ci ilin birinci rübündə 11 mln. 857 min manat xalis mənfəət əldə edib.

Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, "Xalq Bank"ın cari ilin 1 aprel tarixinə aktivləri 3 milyard 44 milyon 108 min manat təşkil edib. Bankın aktivləri illik müqayisədə 0,2% artıb.

Bu ilin 31 mart tarixinə "Xalq Bank"ın kredit portfelinin həcmi illik müqayisədə 37 milyon 314 min manat və ya 2,1% artaraq 1 milyard 838 milyon 589 min manata yüksəlib. 

Qeyd edək ki, 2025-ci ilin 31 mart tarixində bankın depozit portfelinin həcmi isə 1 milyard 818 milyon 775 min manata bərabər olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram