Müəllif: Tamara Mustafayeva, Banco.az
“X” üçüncü rübdə 577,4 milyon dollar xalis zərər bildirib.
Banco.az xəbər verir ki, İlon Maskın sahibi olduğu “X” şirkətinin satışları üçüncü rübdə artım göstərib, lakin o, 44 milyard dollara aldığı şirkəti yenidən strukturlaşdırmağa çalışdığı bir vaxtda sosial şəbəkə hələ də ciddi xərclərlə üz-üzədir.
Əvvəllər “Twitter” kimi tanınan şirkət 30 sentyabrda başa çatan üç aylıq dövr üzrə 752 milyon dollar gəlir açıqlayıb.
“Bloomberg”ə danışan mənbələrin bildirdiyinə görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17 faizdən çox artım deməkdir. Mənbələrə əsasən, “X”in satışları ilin ilk doqquz ayında 2 milyard dolları keçib.
Buna baxmayaraq, “X” il ərzində əsasən yenidən strukturlaşdırma xərcləri olmaqla yüksək məsrəflərlə mübarizə aparıb. Eyni mənbələrə görə, bu xərclər üçüncü rübdə 577,4 milyon dollar həcmində xalis zərərə səbəb olub.
Böyük zərərə rəğmən, Maskın şirkəti satın almasından dərhal sonra baş verən və fəaliyyətin pisləşməsinə yol açan çalkantılı dövrdən sonra şirkətin müəyyən sabitlik qazandığını göstərən əlamətlər də mövcuddur.
Bizi sosial şəbəkələrdən izləyin!!
