WEF: Qlobal iqtisadiyyat orta dərəcədə bərpa göstərsə də, qeyri-müəyyənliklər davam edir | Banco.az

WEF: Qlobal iqtisadiyyat orta dərəcədə bərpa göstərsə də, qeyri-müəyyənliklər davam edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

WEF: Qlobal iqtisadiyyat orta dərəcədə bərpa göstərsə də, qeyri-müəyyənliklər davam edir.

Banco.az xəbər verir ki, “Dünya İqtisadi Forumu” (WEF) cümə günü Baş iqtisadçıların Proqnozları (Chief Economists’ Outlook) adlı hesabatını yayımlayıb.

Hesabata əsasən, qlobal iqtisadi görünüş mülayim bir yaxşılaşma nümayiş etdirsə də, aktivlərin qiymətləndirilməsi, artan borc yükü, jeoiqtisadi yenidən düzənləmələr, eləcə də süni intellektin sürətlə yayılmasının yaratdığı imkanlar və risklər səbəbindən qeyri-müəyyənliklər davam edir.

Baş iqtisadçıların 53 faizi qarşıdakı il qlobal iqtisadi şəraitin zəifləyəcəyini gözləyir. Bu göstərici 2025-ci ilin sentyabrında qeydə alınan 72 faizlik pessimist mənzərə ilə müqayisədə əhəmiyyətli bir yaxşılaşmaya işarə edir.

“Dünya İqtisadi Forumu”nun baş icraçı direktoru Saadia Zahidi prosesi belə ümumiləşdirib:

“Baş iqtisadçılar arasında aparılan sorğu 2026-cı il üçün üç əsas istiqaməti ortaya qoyur. Birincisi, artan süni intellekt investisiyaları və bunun qlobal iqtisadiyyata təsirləri, ikincisi, fiskal və pul siyasətində görünməmiş dəyişikliklər, üçüncüsü isə ticarətdə baş verən yenidən strukturlaşmalardır.”

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram