Müəllif: Gülar Əhmədli, Banco.az
Kənd yerlərində vətəndaşların aylıq istehlak xərcləri orta hesabla 368,2 manatdır.
Banco.az xəbər verir ki, ötən il kənd sakinlərinin ən çox vəsait ayırdığı sahə qida məhsulları olub.
Belə ki, bir nəfərin orta aylıq ərzaq xərci 159,7 manat təşkil edib. Orta hesabla kənd yerlərində 1 nəfər su, elektrik enerjisi, qaz və digər yanacaq növlərinə 29 manat, ev əşyaları, məişət texnikası və evə gündəlik qulluğa 27,5 manat, nəqliyyat xidmətlərinə 26,1 manat, mehmanxana, kafe və restoran xidmətlərinə 26,9 manat, paltar və ayaqqabıya isə 21,8 manat xərc çəkib.
Bu göstərici səhiyyə xidmətləri üzrə 18,9 manat, rabitə xidmətləri üzrə 11,5 manat, tütün məmulatları üzrə 7,2 manat, təhsil üzrə 5,3 manat təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
