İqitisadi İslahatların Təhlili Və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Dr. Vüsal Qasımlı, ABŞ-ın Kaliforniya ştatının Silikon Vadisində 1995-2005-ci illərdə biznes inkubatorlarının qurucusu kimi tanınan və ” FindingMyPlace” təşkilatının həmtəsisçisi İngridRosteni və “GoldenPay” şirkətinin təsisçisi Fərid İsmayılzadəni qəbul edib. Görüşdə əsasən Azexport portalı, eləcə də Prezidentin Fərmanı əsasında yaradılan Rəqəmsal Ticarət Qovşağı barədə danışılıb. İİTKM-nin icraçı direktoru bildirib ki, Rəqəmsal Ticarət Qovşağı vahid ixrac pəncərəsini təqdim edəcək. Bununla da sahibkarlarımız daha az resurs sərf etməklə ixrac prosedurlarını daha sürətlə həyata keçirəcəklər. Rəqəmsal Ticarət Qovşağı həm də elektron pul kisəsi və elektron imzaların qarşılıqlı tanınmasını təmin etməklə sahibkarlarımızın xarici partnyorlarla əlaqələrini daha da asanlaşdıracaq. Xanım İngridRosten Azərbaycanda belə bir rəqəmsal qovşağın yaradılmasını müsbət hal hesab edib. O əlavə edib ki, bu Azərbaycanın rəqəmsal lider kimi mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsinə öz töhfəsini verəcək. İngridRosten Azərbaycanla bu istiqamətdə əməkdaşlıqda maraqlı olduğunu əlavə edib.
Qeyd edək ki, İngridRosten NASA-da kosmik tədqiqatlar üzrə müxtəlif tətbiqlərin hazırlayıcısı və ideya müəllidir. O, 2014 2015-ci illərdə Hack the Moon vəHackathonsapplikasiyalarınınmüəllifidir. Bu applikasiyalarcəmiyyətidəkosmoslabağlıdünyadamövcudolanproblemlərinhəllinəyönəlib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi haqqında
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.
Əlaqə:
Zənurə Talıbova- PR menecer, Telefon: (012) 521 34 96, (050) 295 86 88
Məsumə Talıbova, Media mütəxəssis ,Telefon: (012) 521 33 18, (050) 295 86 89
Ünvan: Bakı şəh., Neftçilər Pr.24 , Dalğa Plaza BM. ( AZ1095 )
E-mail: info@ereforms.org
Web:http://iqtisadiislahat.org/contact-us
http://ereforms.org/contact-us
http://ecoreform.az/contact-us
https://www.facebook.com/iqtisadiislahat/