Müəllif: Gülnar Əhmədli, Banco.az
"Unibank" 2024-cü ildə 20 milyon 400 min manat xalis mənfəət əldə edib.
Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il Bankın aktivləri 2023-cü illə müqayisədə 169 milyon 66 min manat (10,6%) artaraq 1 milyard 759 milyon 725 min manata çatıb. 2023-cü ilin sonunda "Unibank"ın aktivləri 1 milyard 590 milyon 659 min manat olub.
Ötən il bankın kredit portfeli artaraq 1 milyard 154 milyon 523 min manata yüksəlib. Bu isə 2023-cü ilin sonu ilə müqayisədə 106 milyon 782 min manat (10,2%) artım deməkdir.
2024-cü ilin nəticələrinə görə, Bankın depozit portfelinin həcmi 1 milyard 204 milyon 660 min manat təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!