Ukrayna Mərkəzi Bankı uçot dərəcəsini bir qədər də azaldıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Ukrayna Mərkəzi Bankı uçot dərəcəsini bir qədər də azaldıb

Ukrayna Milli Bankı (Mərkəzi Bank) pul-kredit siyasətinin yumşaldılması kursunun davam etdirilməsi çərçivəsində uçot dərəcəsini daha 0,5 faiz bəndi azaldılaraq 12,5%-ə endirib. 

Rusiya mətbuatına istinadən xəbər verilir ki, bu qərar sabahdan qüvvəyə minəcək. 

Bu, son 1 ayda Ukraynada uçot dərəcəsinin ikinci dəfə azaldılmasıdır. 2015-ci ilin mart-avqust aylarında isə Ukraynada uçot dərəcəsi 30% təşkil edib və tarixi maksimuma çatıb.

Milli Bankın məlumatında bildirilib ki, uçot dərəcələrinin azaldılması 2017-2018-ci illərdə inflyasiya hədəfinə nail olmaq zərurəti əsasında həyata keçirilir. Qeyd edək ki, aprel ayında Ukraynada inflyasiya illik müqayisədə 12,2% təşkil edib. 

Mənbə: Report.az