Müəllif:Ayşən İmanova/Banco.az
Ukrayna ABŞ və Dünya Bankından “PEACE in Ukraine” investisiya layihəsi çərçivəsində 485 milyon dollar alıb.
Banco.az xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal öz “Telegram” kanalında məlumat verib.
Onun nazirin sözlərinə görə, bu məbləğin təqribən 465 milyon dolları ABŞ tərəfindən USAİD vasitəsilə ayrılıb. Daha 20 milyon dollar isə Dünya Bankından ölkə büdcəsinə daxil olub.
Şmıqal əlavə edib ki, ayrılmış vəsait sosial və humanitar xərclərinin kompensasiyasına yönəldiləcək.