Müəllif:Mehin Qasımova,Banco.az
Ukrayna ABŞ-ın təhlükəsizlik zəmanəti müqabilində Avropa ölkələrinin maliyyəsi ilə 100 milyard dollar dəyərində ABŞ silahı almağa hazırdır.
Banco.az xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb .
Sənəddə Kiyevin hansı silahları almağa hazır olduğu göstərilmir. Bununla belə, nəşr xatırladır ki, Ukrayna hakimiyyəti əvvəllər Amerikanın ən azı 10 “Patriot” hava hücumundan müdafiə sistemi, eləcə də digər raket və avadanlıq almaq istəyini bəyan edib.
Qəzetin yazdığına görə, Kiyev həmçinin Amerika şirkətləri ilə PUA-ların birgə istehsalı üçün 50 milyard dollarlıq müqavilə bağlamağa hazırdır.
Financial Times-ın məlumatına görə, məzmunu əvvəllər dərc olunmayan sənədin özü Kiyevdən Vladimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında görüş ərəfəsində Avropa liderləri ilə müzakirə üçün təkliflərin siyahısıdır.
Məqalədə deyilir ki, Kiyev Donbassın Ukraynanın nəzarəti altında olan hissələrinin Rusiyaya verilməsi, eləcə də hazırkı döyüş təmas xəttində münaqişənin dondurulması ideyasını da rədd edir. Ukrayna rəsmilərinin fikrincə, belə bir varianta əsasən, Rusiya qoşunlarının Dnepr şəhəri istiqamətində daha da və sürətlə irəliləməsi üçün tramplin alacaq.