Türkiyənin xarici ticarət kəsiri 94 milyard dollara çatıb | Banco.az

Türkiyənin xarici ticarət kəsiri 94 milyard dollara çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

On ay ərzində Türkiyənin xarici ticarət kəsiri 94 milyard dollara çatıb.

Banco.az xəbər verir ki, Ticarət Nazirliyinin aparıcı məlumatlarına görə, oktyabr ayında Türkiyədə xarici ticarət kəsiri azalıb.

Belə ki, sözügedən dövrdə xarici ticarət kəsiri 15 faiz azalaraq 6,7 milyard dollar olub. Yanvar-oktyabr dövründə isə xarici ticarət kəsiri 94 milyard dollar hesablanıb. 2022-ci ilin eyni dövründə bu göstərici 91 milyard dollar olaraq qeyd edilmişdi.

Məlumatlar göstərir ki, ixrac oktyabr ayında 7,4 faiz artaraq 22,9 milyard dollara çatıb. Digər tərəfdən, idxal 1,3 faiz artaraq 29,6 milyard dollar olub. Eyni dövrdə ixracın idxala nisbəti 77,3 faiz hesablanıb. 2022-ci ilin oktyabr ayında isə bu nisbət 72,9 faiz təşkil edirdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram