Türkiyənin Azərbaycana birbaşa xarici investisiyaları 15% artıb | Banco.az

Türkiyənin Azərbaycana birbaşa xarici investisiyaları 15% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin birinci rübündə Türkiyənin Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 300 milyon 855 min dollara bərabər olub. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,1% və ya 39 milyon 447 min dollar çoxdur.

Hesabat dövründə Türkiyə Azərbaycana ən çox investisiya yatıran 2-ci ölkə olub. 

Qeyd edək ki, 2024-cü ilin yanvar-mart aylarında bu ölkənin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 261 milyon 408 min dollar təşkil edirdi.

Birinci rübdə Azərbaycan iqtisadiyyatına ümumi investisiya qoyuluşunda Türkiyənin payı 19,8% təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram