Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyədə 2023-cü ilin 4-cü rübündə işsizlik nisbəti 8,8 faizə düşüb.
Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) dördüncü rübün işçi qüvvəsi statistikasını açıqlayıb.
Buna görə, mövsüm təsirlərindən kənarlaşdırılmış işsizlik nisbəti 8,8 faiz olaraq qeydə alınıb.
Ev Təsərrüfatları İşçi Qüvvəsi Sorğusunun nəticələrinə görə, 2023-cü ilin dördüncü rübündə 15 və daha yuxarı yaşda olan işsizlərin sayı əvvəlki rüblə müqayisədə 137 min nəfər azalaraq 3 milyon 70 min nəfərə çatıb.
İşsizlik səviyyəsi isə 0,4 bənd azalaraq 8,8 faiz təşkil edib. İşsizlik səviyyəsi kişilər üçün 7,2 faiz, qadınlar üçün isə 11,8 faiz müəyyən edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!