Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyədə işsizlik səviyyəsi beş aydan sonra ilk dəfə artıb.
Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) noyabr ayı üzrə işçi qüvvəsi statistikasını açıqlayıb.
Ev Təsərrüfatları İşçi Qüvvəsi Sorğusunun nəticələrinə görə, 2023-cü ilin noyabr ayında 15 və daha yuxarı yaşda olan işsizlərin sayı əvvəlki ayla müqayisədə 115 min nəfər artaraq 3 milyon 116 min nəfərə çatıb.
İşsizlik nisbəti isə 0,4 bənd artaraq 9 faizə çatıb. Bu nisbət kişilər üçün 7,5 faiz, qadınlar üçün isə 11,8 faiz təşkil edib.
2023-cü ilin noyabr ayında məşğul əhalinin sayı əvvəlki ayla müqayisədə 236 min nəfər azalaraq 31 milyon 611 min nəfərə, məşğulluq nisbəti isə 0,4 bənd azalaraq 48,2 faizə düşüb. Bu nisbət kişilərdə 65,4 faiz, qadınlarda isə 31,3 faiz təşkil edib.
15-24 yaş qrupunu əhatə edən gənc əhali arasında işsizlik səviyyəsi əvvəlki ayla müqayisədə 0,3 bənd artaraq 16,5 faizə çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!