Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyədə işsizlik nisbəti fevral ayında azalıb.
Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) fevral ayı üzrə işçi qüvvəsi statistikasını dərc edib.
Ev Təsərrüfatları İşçi Qüvvəsi Sorğusunun nəticələrinə görə, 2024-cü ilin fevral ayında 15 və daha yuxarı yaşda olan işsizlərin sayı əvvəlki ayla müqayisədə 109 min nəfər azalaraq 3 milyon 78 min nəfərə geriləyib. İşsizlik səviyyəsi isə 0,3 bənd azalaraq 8,7% təşkil edib.
İşsizlik səviyyəsinin kişilər üçün 7,3%, qadınlar üçün isə 11,3% olduğu qeyd edilib.
Sözügedən dövrdə məşğul əhalinin sayı əvvəlki ayla müqayisədə 147 min nəfər artaraq 32 milyon 423 min nəfərə, məşğulluq səviyyəsi isə 0,2 bənd artaraq 49,3 faizə çatıb. Bu göstərici kişilər üçün 66,5%, qadınlar üçün isə 32,5% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!