Türkiyədə dolların məzənnəsi bu ilin minimumuna enib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Türkiyədə dolların məzənnəsi bu ilin minimumuna enib

Türkiyənin nağd valyuta bazarında ABŞ dollarının məzənnəsi dünən, mayın 2-də 3,5160 TRY/USD səviyyəsinə enib. Bu, 2017-lci ilin ən minimal səviyyəsidir. Belə ki, bundan əvvəl dolların məzənnəsi ilin ilk iş günündə 3,5243 TRY/USD olub və daha sonra kəskin şəkildə yüksələrək yanvar ayının 11-də tarixi rekord həddə - 3,9423 TRY/USD-yə çatıb. Son bir neçə ayda dünya maliyyə bazarlarının müsbət tendensiya ilə üzləşməsi və Türkiyədə referendumun başa çatması ilə dolların məzənnəsi tarixi rekord səviyyədən 10,8% aşağı düşüb.

"Report"un analitik qrupu Türkiyədə dolların məzənnəsinin 3,50 TRY/USD səviyyəsindən aşağı enə biləcəyini, amma bu səviyyədə uzun müddət qala bilməyəcəyini proqnozlaşdırır: "Yaxın bir il ərzində 3,75 TRY/USD səviyyəsinin orta məzənnə olacağı ehtimal edilir".