Türkiyədə bankların ümumi xalis mənfəəti illik 37,6 faiz artıb | Banco.az

Türkiyədə bankların ümumi xalis mənfəəti illik 37,6 faiz artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə ötən ay bankların ümumi xalis mənfəəti illik 37,6 faiz artıb.

Banco.az xəbər verir ki, Bank Tənzimləmə və Nəzarət Agentliyi (BDDK) 2023-cü ilin noyabr ayı üzrə "Türkiyə Bank Sektorunun Konsolidasiya Edilməmiş Əsas Göstəriciləri" hesabatını dərc edib.

Hesabatda qeyd olunur ki, Türkiyə bank sektorunun aktiv ölçüsü 2023-cü ilin noyabr dövründə 2022-ci ilin sonu ilə müqayisədə 57,1 faiz artaraq 22 trilyon 540 milyard lirəyə çatıb.

Noyabr ayına olan məlumata görə, sektorda problemli kreditlərin ümumi nağd kreditlərə nisbəti 1,5 faiz təşkil edib. Bu nisbət 2022-ci ilin noyabrında 2,16 faiz idi.

2023-cü ilin noyabr dövründə sektorun dövr üzrə xalis mənfəəti 535 milyard 471 milyon lirə, kapital adekvatlığı standart nisbəti isə 18,29 faiz hesablanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram