Türkiyə iqtisadiyyatı 2 faiz artım göstərib | Banco.az

Türkiyə iqtisadiyyatı 2 faiz artım göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə Statistika Təşkilatı (TÜİK) ilin birinci rübünün dövri ümumi daxili məhsul məlumatlarını açıqlayıb.

Banco.az xəbər verir ki, Türkiyə iqtisadiyyatı ilin birinci rübündə 2 faiz artım göstərib.

Türkiyə Statistika İdarəsinin (TÜİK) məlumatlarına görə, birinci rübdə iqtisadi artım əvvəlki rüblə müqayisədə 1 faiz olaraq qeydə alınıb.

“Bloomberg HT” sorğusunda iştirak edən qurumların proqnozu birinci rübdə artımın 2,5 faiz olacağı istiqamətində idi. Rüblük proqnoz isə 1,4 faiz səviyyəsində müəyyənləşdirilmişdi.

Məlumatlara əsasən, 2025-ci ilin birinci rübündə ölkə daxilində yaşayan ailələrin son istehlak xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə zəncirlənmiş həcm indeksi baxımından 2 faiz artıb. Dövlətin son istehlak xərcləri 1,2 faiz, qeyri-saf sabit əsas kapitalın formalaşması isə 2,1 faiz artım göstərib.

2025-ci ilin birinci rübündə mal və xidmət ixracı ötən ilin eyni dövrü ilə müqayisədə zəncirlənmiş həcm indeksi baxımından 0,01 faiz azalıb, idxal isə 3 faiz artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram