Türkiyə Azərbaycandan qaz idxalını 2%-dən çox artırıb | Banco.az

Türkiyə Azərbaycandan qaz idxalını 2%-dən çox artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin iyun ayında Türkiyənin təbii qaz idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 36,9% artaraq 3 milyard 168 milyon kubmetrə çatıb.

Banco.az Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumuna istinadən xəbər verir ki, idxalın böyük hissəsi boru kəmərləri ilə həyata keçirilib.

Hesabat dövründə Türkiyənin Azərbaycandan qaz idxalının dəyəri 1 milyard 20 milyon kubmetrə bərabər olub. Türkiyənin Azərbaycandan qaz idxalı illik müqayisədə 2.3% artıb. 2024-cü ilin iyun ayında bu göstərici 996.9 milyon kubmetr təşkil edirdi. 

İyun ayında Türkiyəyə ən çox qaz Azərbaycandan idxal edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram