Müəllif: Gülnar Əhmədli, Banco.az
2026-cı ilin yanvar-avqust aylarında Azərbaycana 76 milyon 548 min ABŞ dolları dəyərində 32 min 644 ton ət idxal edilib.
Banco.az Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə idxal edilən ətin miqdarı 15,8%, dəyəri isə 21,1% artıb.
Belə ki, 2025-ci ilin yanvar-avqust aylarında Azərbaycana 63 milyon 241 min dollar dəyərində 28 min 184 ton ət idxal edilib.
Qeyd edək ki, hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0,67%-ni təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
