Türkiyə Azərbaycandan neft idxalını 5 dəfədən çox azaldıb | Banco.az

Türkiyə Azərbaycandan neft idxalını 5 dəfədən çox azaldıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Türkiyə 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycandan 20 milyon 809 min dollar dəyərində neft idxal edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Türkiyənin idxal etdiyi neftin həcmi isə 44 min 653 ton təşkil edib.

Türkiyənin idxal etdiyi neftin dəyəri 2024-cü ilin ilk 6 ayına nisbətdə 112 milyon 735 min dollar və ya 84.4%, miqdarı isə 5.4 dəfə azalıb.

Qeyd edək ki, yanvar-iyun aylarında ən çox neft ixrac etdiyimiz ölkə İtaliya (6.8 milyon ton) olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram