Türk lirəsinin ucuzlaşmasını dayandırmaq üçün 1 milyard dollar satılıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Türk lirəsinin ucuzlaşmasını dayandırmaq üçün 1 milyard dollar satılıb

Türkiyədə dövlət bankları vasitəsilə bazarlarda dünən və gecə yarısından sonra 1 milyard dollardan çox valyuta satışı edildiyi iddia edilir.

"Reuters"ə məlumat verən mənbələr, "Ziraat Bankası" başda olmaqla dövlət bankları vasitəsilə bazarlarda dünən və gecə yarısından sonra 1 milyard dollardan çox valyuta satış reallaşdırıldığını bildiriblər.

Dollar/TL məzənnəsi dünən 6.2460 səviyyəsini test etdikdən sonra Türkiyə Mərkəzi Bankının addımlarının da dəstəyi ilə gecə saatlarında istiqamətini aşağı çevirməyə başladı. Sonra məzənnədəki eniş meyli təxminən 20-25 dəqiqə ərzində 6.0515-ədək davam etdi. 

Hazırda Dollar/TL məzənnəsi 6.10 səviyyələrindədir. Lirə Dollar qarşısında 1,4% dəyər qazanıb. 

Marja