“Türk Hava Yolları” maliyyə nəticələrini açıqlayıb | Banco.az

“Türk Hava Yolları” maliyyə nəticələrini açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Türk Hava Yolları” (THY) 2025-ci ili 118 milyard TL xalis mənfəətlə başa vurub.

Banco.az xəbər verir ki, “Türk Hava Yolları” maliyyə nəticələrini “İctimaiyyəti Məlumatlandırma Platforması”nda açıqlayıb.

Məlumata əsasən, şirkətin 2024-cü ildə 113 milyard 378 milyon lirə təşkil edən konsolidə olunmuş xalis mənfəəti 2025-ci ildə 118 milyard 208 milyon lirəyə yüksəlib.

“Türk Hava Yolları”nın 2024-cü ilin sonuna 680 milyard 12 milyon lirə olan ümumi kapitalı 2025-ci ilin sonunda 911 milyard 256 milyon lirəyə yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram