TuranBank ASC-də Korporativ Bankçılıq üzrə Baş Direktor təyin edilib.
Banco.az saytının məlumatına görə Korporativ Bankçılıq üzrə Baş Direktor vəzifəsinə Eldar Fərəcov təyin olunub.
Məlumat üçün bildirək ki, Eldar Fərəcov ümumilikdə bank sektorunda 16 illik təcrübəyə malikdir. 2017-ci ildən TuranBank ASC-də İstehlakçıların Hüquqlarının Müdafiəsi şöbəsinin rəhbəri, 2018-ci ildən sözügedən təyinata qədər Müştəri Xidmətləri Departamentinin direktoru vəzifəsini icra edib.
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək, TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram, və.s) səhifələrini izləyərək əldə edə bilərsiniz.
TuranBank
Bizimlə etibarlıdır…