Tramp yaxın vaxtlarda FED-ə rəhbərlik edəcək namizədlə bağlı qərar verəcək | Banco.az

Tramp yaxın vaxtlarda FED-ə rəhbərlik edəcək namizədlə bağlı qərar verəcək

Tramp yaxın vaxtlarda FED-ə rəhbərlik edəcək namizədlə bağlı qərar verəcək.

Banco.az xəbər verir ki, bu barədə Tramp jurnalistlərin sualını cavablayərkən bildirib.

Fed-in keçmiş qubernatoru Kevin Warsh haqqında suala Tramp “onun haqqında çox yüksək fikirdə olduğunu” deyib. Uorş maliyyə tənzimləyicisinin növbəti sədri olmağa əsas namizəd hesab olunur. Dövlət başçısı əlavə edib ki, yaxşı bir FED rəhbəri etalon faiz dərəcəsini aşağı salacaq.

Bundan əvvəl prezident bir daha demişdi ki, FED uçot dərəcəsini tam faiz azaltmalıdır.

ABŞ prezidenti dəfələrlə FED-in hazırkı sədri Cerom Paueli uçot dərəcəsini azaltmadığına görə kəskin tənqid edib. Tramp 2017-ci ilin sonunda ilk prezidentlik dövründə Paueli mərkəzi bank sədri postuna namizəd göstərib.

2021-ci ilin sonunda ABŞ-ın 46-cı prezidenti Co Bayden Paueli ikinci müddətə namizəd göstərib.

Onun səlahiyyət müddəti gələn ilin mayında başa çatacaq.