Müəllif:Mehin Qasımova,Banco.az
Amerika lideri Donald Tramp Fox News telekanalına müsahibəsində Yaxın Şərq regionunun müstəsna geosiyasi əhəmiyyətini vurğulayıb.
Banco.az xəbər verir ki, onun qiymətləndirməsinə görə, son illərdə region ölkələrinin Çinin təsir orbitinə keçməsi davamlı tendensiyaya malikdir ki, bu da Pekinin enerji maraqları ilə bağlıdır.
ABŞ prezidenti qeyd edib ki, Çin bu strateji regionda fəal şəkildə möhkəmlənməyə çalışır və onu enerji problemlərinin həllinin açarı kimi görür. Lakin Tramp əmin edib ki, bu tendensiya indi tərsinə çevrilib.
Yaxın Şərqi “dünyanın enerji paytaxtı” kimi xarakterizə edən amerikalı siyasətçi regionda cəmləşmiş karbohidrogenlərin və digər kritik resursların böyük ehtiyatlarını vurğulayıb. Onun fikrincə, bu, Yaxın Şərqi dünyanın aparıcı güclərinin xüsusi diqqət meydanına çevirir.
Qeyd edək ki,Mayın 13-də Tramp ABŞ prezidenti kimi fəaliyyətə başladıqdan sonra ilk rəsmi səfərini Səudiyyə Ərəbistanına edib.