Müəllif: Tamara Mustafayeva, Banco.az
Donald Tramp yarımkeçiricilər üçün subsidiya proqramının ləğv edilməsini istəyir.
Banco.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp “Taiwan Semiconductor Manufacturing” və “Intel” kimi şirkətlərin 400 milyard dollardan çox investisiya qoymasını təşviq edən, 52 milyard dollarlıq yarımkeçirici subsidiyalaşdırma proqramının ləğv olunmasına çağırıb.
Prezident Tramp Konqresə müraciətində Çip Qanununun (CHIPS) “dəhşətli, çox dəhşətli bir şey” olduğunu bildirib və zalda alqışla qarşılanıb. O, ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Consona bu qanunu “ləğv etməyi” və qalan vəsaitləri “borcu azaltmaq və ya istədiyi başqa bir məqsəd üçün” istifadə etməyi təklif edib.
Keçmiş prezident Co Bayden tərəfindən 2022-ci ildə imzalanan və hər iki partiyanın dəstəklədiyi Çip Qanunu ABŞ-da yarımkeçirici istehsalını canlandırmaq məqsədilə 39 milyard dollarlıq qrant ayırmaqla yanaşı, kreditlər və 25 faizlik vergi güzəştləri də təklif edirdi. Bu qanun istehsalın onilliklər boyu Asiyaya köçməsindən sonra sektoru yenidən canlandırmağı hədəfləyirdi. Bundan əlavə, çip tədqiqatı və inkişaf proqramları üçün 11 milyard dollarlıq maliyyə dəstəyi nəzərdə tuturdu.
Bizi sosial şəbəkələrdən izləyin!!