Tramp Walmart-a xəbərdarlıq etdi: Qiymətləri artırmayın | Banco.az

Tramp Walmart-a xəbərdarlıq etdi: Qiymətləri artırmayın

Müəllif:Mehin Qasımova, Banco.az

ABŞ prezidenti Donald Tramp Walmart-a “tariflərə görə” qiymətləri artırmamaq barədə xəbərdarlıq edib.

Banco.az xəbər verir  ki, ABŞ prezidenti Tramp Truth Social hesabından verdiyi açıqlamada "Walmart"ın gömrük tarifləri ilə bağlı açıqlamalarına reaksiya verib.

Tramp pərakəndə nəhəngin "tariflərə görə qiymətləri qaldırmalı ola biləcəyini" söyləyib və əlavə edib: "Walmart bütün zəncirdə qiymətləri yüksəltmək üçün tarifləri günahlandırmaq cəhdini dayandırmalıdır. Walmart keçən il gözləniləndən milyardlarla çox qazandı",- ifadəsini işlətdi.

Prezident Tramp əlavə edib ki, "Walmart" tariflərdən yaranan fərqlər üçün "öz xərclərini ödəməli" və müştərilərə heç nə ötürməməlidir.