Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ prezidenti Donald Trmap Venesuelanın ABŞ-ın 51-ci ştatı ola biləcəyi ilə bağlı diqqətçəkən paylaşım edib.
Banco.az xəbər verir ki, Tramp sosial media hesabında Venesuelanın beysbol yarımfinalında İtaliyanı 4:2 hesabı ilə məğlub etdiyini xatırladaraq bildirib:
“Son vaxtlar Venesuelada yaxşı şeylər baş verir. Görəsən bu sehr nə ilə bağlıdır. Kimsə 51-ci ştat olmaq istəyirmi?”.
Bu açıqlama daha çox istehzalı və ya siyasi ritorika kimi qiymətləndirilir. Belə ki, ABŞ hökuməti tərəfindən Venesuelanın rəsmi şəkildə 51-ci ştat edilməsi ilə bağlı heç bir real plan və ya sənəd mövcud deyil .
Qeyd edək ki, Venesuelanın müvəqqəti prezidenti daha əvvəl – 2025-ci ilin noyabrında ABŞ-ın ölkəsini 51-ci ştata çevirmək istədiyini iddia etmiş, lakin bu fikirlər rəsmi olaraq təsdiqlənməmişdi.
