Tramp: “Üçüncü dünya ölkələrindən immiqrasiyanı həmişəlik dayandıracağam" | Banco.az

Tramp: “Üçüncü dünya ölkələrindən immiqrasiyanı həmişəlik dayandıracağam"

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ prezidenti Donald Tramp “Üçüncü Dünya” ölkələrindən immiqrasiyanı tamamilə dayandıracağını bəyan edib.

Banco.az xəbər verir ki,  Tramp bu barədə "Truth Social" platformasında immiqrasiya siyasəti ilə bağlı açıqlama verib.

Tramp bildirib ki, Amerika sisteminin tam bərpa olunması üçün bütün üçüncü dünya ölkələrindən immiqrasiyanı həmişəlik dayandırmağı planlaşdırır. O, mövcud immiqrasiya siyasətlərinin ABŞ-ın texnoloji inkişafına maneə yaratdığını iddia edib.

Keçmiş prezident Co Bayden administrasiyasının ölkəyə “qanunsuz qəbul” yaratdığını iddia edən Tramp, onların hamısına son qoyacağını bildirib.

O, “ABŞ-a töhfə verməyən və ölkəni sevməyən” şəxslərin geri göndəriləcəyini vurğulayıb.

Tramp həmçinin təhlükəsizlik riski daşıyan və ya Qərb sivilizasiyasına uyğunlaşa bilməyən bütün xarici vətəndaşların deportasiya ediləcəyini, vətəndaşı olmayanlara verilən bütün federal yardımların isə dayandırılacağını açıqlayıb.