Tramp: TikTok üçün alıcı tapıldı | Banco.az

Tramp: TikTok üçün alıcı tapıldı

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ prezidenti Donald Tramp Çinin “ByteDance” şirkətinə məxsus sosial media tətbiqi TikTok-un ABŞ əməliyyatları üçün alıcı müəyyənləşdirdiyini bildirib.

Banco.az xəbər verir ki, lakin Tramp iddiaçının adını açıqlamayıb.

"Yeri gəlmişkən, bizim TikTok üçün alıcımız var. Düşünürəm ki, bunun üçün Çin təsdiqi tələb olunacaq və yəqin ki, prezident Xi bunu edəcək. Çox varlı qrup", - Tramp bildirib.

Fox News-da Maria Bartiromo ilə müsahibədə Tramp əlavə edib ki, satışın başa çatması Pekin və prezident Xi Jinpinin razılığından asılı olacaq. ByteDance və Çin hökuməti uzun müddətdir ki, belə bir razılaşmaya qarşı çıxıb.